Oğluna 50 min aliment istəyirdi, amma...
27-06-2019 18:32
Baxış sayı:
3147

Türkiyəli futbolçu Caner Erkinlə eks-arvadı Asena Atalayın arasındakı məhkəmə nəticələnib.
Muxalifet.az xəbər verir ki, şikayətçi tərəf Atalay 50 min lirə ( təxminən,14,7 min manat) aliment tələbi ilə məhkəməyə müraciət etmişdi.
Üç ildir davam edən prosesin sonunda hakim Caner Erkinin oğlu Çinara aylıq 3 min lirə (təxminən, 886 manat) aliment ödəməsinə qərar verib.
Qeyd edək ki, cütlük qalmaqallı şəkildə boşanmışdı. Caner hazırda aktrisa Şükran Ovalı ilə evlidir.