Oğuz sakini elektrik mişarı ilə öz ayağını kəsdi

Baxış sayı:
1444

Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib. Hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.

Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub(report).