​Ölkəni dəhşətə gətirən məzarlıqdakı naməlum qız tapıldı

Baxış sayı:
5740

Bir neçə gündür ki, Türkiyənin Çorum vilayətində yerləşən məzarlıqlardan birində gecələr peyda olan qız polis tərəfindən yaxalanıb.
Muxalifet.az xəbər verir ki, polis həmin gənc qızın kimliyini açıqlamasa da, onun psixoloji problemlərinin olduğu bildirilib.
Sözügedən şəxslə bağlı hər hansı istintaq tədbirlərinin başladılmadığı deyilib.
Qeyd edək ki, gecələr qəbiristanlığa gələrək məzarların başında ağlayan və insanlardan qaçan qız şəhər əhalisini təşvişə salmışdı.
Hətta iddia edilirdi ki, sözügedən şəxs hər hansı paranormal varlıqdır.