Ordu snayperlərinə ŞOK ƏMR: "Gördüyünüz anda ayaqlarından vurun"
27-07-2019 19:49
Baxış sayı:
7254

İsrail ordusunun snayperlərinə şok təlimat verilib. Snayperlərə bundan sonra fələstinliləri ayaq biləklərindən vurmaq əmr edilib. Təl-Əviv bununla Qəzza zolağındakı etiraz aksiyalarının qarşısını almağı planlaşdırır. İsrailli əsgərlər bildirir ki, dizdən yuxarı nahiyələrə açılan atəş ölümcül olur. Qeyd edək ki, 30 mart 2018-ci ildə Qəzza zolağında başlayan “Böyük Qayıdış Yürüşü” nümayişlərində 300 fələstinli ölüb.