“Oser faciəsi”: Tərlan Əhmədov və Zidan – Tarixin şəkli
31-05-2018 23:39
Baxış sayı:
2467

Bu şəkil 1995-ci ildə, Oser şəhərində keçirilən Avro-1996-ın Fransa – Azərbaycan oyununda çəkilib.
Muxalifet.az xəbər verir ki, şəkil Fransa millisinin futbolçusu Zinəddin Zidan və Azərbaycan millisinin müdafiəçisi Tərlan Əhmədovun top uğrunda mübarizəsi zamanı çəkilib. Zidan hücumdadı... Komandası həmin oyunda bizimkilərin qapısından 10 cavabsız qol keçirir. Bu, millimizin tarixindəki ən böyükhesablı məğlubiyyətdir.
İndi hər iki futbolçu artıq məşqçi kimi fəaliyyət göstərir. Daha doğrusu...
Bu gün Tərlan Əhmədov “Neftçi”dən istefaya göndərilib, Zidan isə tarixi uğurlar qazandırdığı “Real”dan gedib.