Ötən həftə məmurlar haqqında ən çox hansı sayt yazdı? – HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
12574

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Beləliklə, 21-28 may 2018-ci il tarixdə həftəlik təhlil üçün əldə edilən 86 məlumat ümumilikdə 54 elektron KİV-də yayılmışdır. Onlardan 37-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 17 elektron KİV arasında xalqxeber.az saytı 7 məlumat paylaşmaqla birinci yeri tutur.
Ümumilikdə, saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur: