Oyun olmayacaq: ARGENTİNA İSRAİLLƏ MATÇDAN İMTİNA ETDİ

Baxış sayı:
4114

İsrail ilə Argentina arasında işğal altındakı Qüdsdə oynanılması planlaşdırılan futbol üzrə hazırlıq matçı gələn təpkilərdən sonra təxirə salınıb. Argentina Futbol Federasiyasının, İsrailə matça çıxmayacaqları haqda qərarlarını çatdırdığı bildirilib.
 
İsrailin Argentinayla işğal altında olan Qüdsdə matç keçirmək planı baş tutmayıb. Argentina Futbol Federasiyası, Fələstinlilərin təpkisi və yaşanan gərginliklər səbəbiylə Dünya Kuboku ərəfəsində bu matça çıxmama qərarı alıb.
Xatırladaq ki, Argentina Milli Komandasının təlimləri zamanı bu qarşılaşmaya etiraz edilmişdi. Fələstinlilər stadiona gələrək Argentinalı rəsmilərə bu matça çıxmamaları barədə müraciət etmişdi.
Fələstin Futbol Federasiyasının rəhbəri Cibril er-Racub da etdiyi açıqlamada Messi üzərindən Argentinaya səslənmişdi:
“Messi oyuna qatılmaq məsələsində israrlı olarsa, onun əleyhində Fələstin, Ərəb ölkələri və beynəlxalq səviyyədə kampaniya başlayırıq. Onun da, ölkəsinin də bu matçda iştirak etməməsinə ümid edirik”.
Müxalifət.az