Özcan Dəniz həyat yoldaşından boşanır - iddia

Baxış sayı:
7588

Müğənni Özcan Dəniz yenidən şəxsi həyatı ilə gündəmdədir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Uçan kuş” televiziyasının aparıcısı Bilal Özcan ifaçının həyat yoldaşı Feyza Aktandan boşanmağa hazırlaşdığını iddia edib. O, hətta cütlüyün uzun müddətdir ayrı evlərdə yaşadığını açıqlayıb. 
Cütlük isə haqlarında səsləndirilən iddialara aydınlıq gətirməyib.

Qeyd edək ki, Özcan Dəniz ilə Feyza ötən il martın 8-də ailə qurub. Onlar evlənərkən Feyza 9 aylıq hamilə olub. Cütlük oğullarına Kuzey adını qoyub.