Pakistan-Hindistan gərginliyindən sonra yeni gəlişmə
27-02-2019 13:24
Baxış sayı:
5221

Pakistan və Hindistan qarşılıqlı olaraq döyüş təyyarələrini vurduqdan sonra bir neçə şəhərdəki hava limanlarında mülki təyyarələrin uçuşunu dayandırıb.
Qeyd edək ki, Pakistanın qırıcı təyyarələri səhər saatlarında Hindistanın hava sahəsinə daxil olub. Pakistan Hava Qüvvələri iki hərbi təyyarəni vuraraq saldığını bildirib. Hindistan bu hadisələrdən sonra Pathankot, Leh, Srinagar və Kəşmir hava limanlarını bağladığını açıqlayıb. Hindistanın “ANI” agentliyi Hindistanın hava sahəsində Pakistana məxsus F-16 döyüş təyyarəsinin vurularaq düşürüldüyünü açıqlayıb.
Müxalifət.az