Paşinyan 7 milyardı necə verəcək? - OVANİSYAN

Baxış sayı:
3439

Serj Sərkisyan hələ də getməyib və onun gələcəyə dair öz hesabları var.

Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hələ də gələn təhlükəni dəyərləndirə bilmir:

“Hər kəs soruşur ki, 7 milyardlıq xarici borcu kim ödəyəcək? Paşinyanı hakimiyyətə gətirən xalq indi ondan oğurlanmış pullarını istəyir. Serj Sərkisyanı ölkəni inqilab həddinə gətirdiyinə görə bağışlamaq olmaz. Hər bir inqilabın öz dəyəri var və bu dəyər kifayət qədər yüksəkdir. Biz artıq bunu ödəyirik. İnqilab gözləntiləri artırır və bu da sonda inqilabçılar üçün lənətə çevrilir. İnqilab öz övladlarını yeyən vəhşidir. Əgər inqilab məxməridirsə, bu o deməkdir ki, onun bundan sonrakı gedişi də başlanğıcdakı kimi olacaq. Revanşizm təhlükəsi hər zaman mövcuddur”.