Paşinyan baş məsləhətçilərini və köməkçisini işdən qovdu

Baxış sayı:
19348

Ermənistanın baş naziri Nikol Paşinyan iki baş məsləhətçisinin vəzifəsindən azad edilməsi ilə bağlı qərar verib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Arsen Qasparyan və Aram Qaribyanın işdən azad edilməsinin səbəbi açıqlanmır. A.Qasparyan uzun müddət Ermənistan XİN-də, Yaxış Şərq istiqaməti üzrə çalışıb. 1992-97-ci illərdə Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı Ermənistanda yaradılmış nümayəndə heyətinə daxil edilib. 2006-2018-ci illərdə isə Mayami universitet və kollecində dərs deyib.

Aram Qaribyan isə uzun müddət  əvvəlki hakimiyyətin aparatında çalışıb. 2008-2011-ci illərdə baş nazir Tiqran Sərkisyanın baş məsləhətçisi olub. Hakimiyyət dəyişikliyinə qədər isə Serj Sərisyanın baş məsləhətçisi işləyib.

Bundan əlavə, köməkçi Mqer Saakyan da vəzifəsindən azad edilib.

N.Paşinyanın öz ətrafını təmizləməsinin səbəbləri ermənilərin də diqqətini çəkib.