Paşinyan NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ GEDƏ BİLƏCƏKMİ?

Nikol Paşinyan baş nazir seçiləndən sonra nəzəri olaraq növbədənkənar parlament seçkiləri və Seçki Məcəlləsində dəyişiklik etmə təşəbbüsü mümkün olmayacaq.
Bunun Respublika Partiyasının gələcək planları və siyasi maraqları kontekstində düşünəndə RP deputatları yeni hökümətin proqramını təsdiqləyərkən çox ehtimal ki, parlamentin buraxılması və Seçki Məcəlləsinin dəyişdirilməsini istisna edəcəklər. Əks təqdirdə parlamentdəki RP çoxluğu proqramı təsdiq etməyəcəklər.
Qeyd edək ki, Nikol Paşinyanın parlamentin buraxılması və Seçki Məcəlləsinə dəyişikliyi nəzərdə tutan təşəbbüsü üçün mütləq olaraq parlamentin növbədənkənar sessiyasını çağırmaq, orada Seçki Məcəlləsinin dəyişilməsini müzakirə etməyə ehtiyac vardır. Yalnız bundan sonra 70 deputatın imzasına ehtiyac var ki, Seçki Məcəlləsi dəyişikliyini Referenduma daşımaq mümkün olsun. Məhz belə vəziyyətdə RP-nin maraqlarına uyğun olmayan bir qərarı 70 deputatın imzası ilə qəbul etmək mümkün olmayacaq.
Müxalifət.az