Paşinyan Putini yaddan çıxardı - SANKT-PETERBURQDA KURYOZ OLAY, VİDEO
20-12-2019 22:59
Baxış sayı:
3933

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə söz verməyi unudub və bununla da protokolu kobud şəkildə pozub. Bu gün Sank-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının keçirilən iclasında maraqlı hadisə baş verib. Bu müddət ərzində Ermənistan sədrliyini Belarusun AAİŞ-ya təhvil verilməli idi. Paşinyan AİŞ-nın bütün dövlət başçılarını salamlayıb, bundan sonra razılaşdırılmış sənədlərin imzalanması qaydasını açıqlayıb. İclasda Ermənistanın baş nazirinə sözün Vladimir Putinə verilməsi barədə xatırladıblar, lakin Rusiya prezidenti danışmaqdan imtina edib. "Xeyr, çox sağ olun. Hər şey imzalanır", - Putin deyib./Virtualaz.org