Paşinyandan erməni xalqına “tərs sillə”: “Hər deyiləni etmək olmaz..”
17-05-2018 22:50
Baxış sayı:
10687

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.
Muxalifet.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:
"Bu mənim işimdir. Hər deyiləni yerində etmək olmaz. Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır".
Qeyd edək ki, N.Paşinyan mayın 8-də, bir aya yaxın davam edən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri seçilib.