Paytaxtda yanğın - 1 nəfər tüstüdən zəhərləndi
5-03-2018 16:12
Baxış sayı:
4819

Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.
Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.