Pentaqondan S-400 açıqlaması

Baxış sayı:
9178

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü podpolkovnik Mayk Andrews “Əl Hurra”-nın suallarını cavablandırıb. Andrews Türkiyənin Rusiyadan S-400 alışı səbəbiylə F-35 proqramına üzvlüyünün təxirə salınması qərarının iki ölkənin hərbi əlaqələrinə necə təsir edəcəyi sualına, "ABŞ strateji müttəfiqi Türkiyəylə əlaqəsinə çox önəm verir. Əlaqələrimiz çoxqatlıdır, yalnız F-35 proqramından ibarət deyil. Türkiyəylə təhlükəsizlik mövzusunda işə davam edəcəyik" deyib. Andrews Türkiyənin bu ayın sonunda ABŞ-ın da qatılacağı Anadolu Qartalı hərbi təliminə ev sahibliyi edəcəyini xatırladıb. "S-400-dən imtina etsələr məmnuniyyətlə..." Türkiyə S-400 almaqdan imtina etdiyi təqdirdə F-35 proqramına geri daxil edilib edilməyəcəyi sualını isə Pentaqon sözçüsü belə cavablayıb: "Atdığımız addımların heç biri geriyə dönməz deyil. Əgər Türkiyə S-400 almaqdan imtina etsə, ABŞ Türkiyəni məmnuniyyətlə (F-35) proqrama geri qəbul edəcək. Bunun başa düşülməsini istəyirikk. ABŞ Türkiyənin F-35 proqramında iştirakını pilləli olaraq, hörmətli və həssas bir şəkildə ən üst səviyyədə qarşılıqlı təmaslar icra etmək məqsədiylə sonlandırır. Nazir (vəkili) Şanahan və digər nazirlik səlahiyyətliləri bunu söyləməyə davam edir: Türkiyə S-400-lərdən imtina etsə, o zaman F-35 proqramına birlikdə davam edə bilərik, yəni Türkiyəylə birlikdə yaxın işləməyi davam etdirə bilərik. Ümid edirik ki, S-400lərdən imtina edərlər və F-35 proqramında iştirak etməyə davam edə bilərlər". Müxalifət.az