​Pentaqondan Türkiyəyə qarşı ƏCAİB İDDİA: “İŞİD BAZA QURACAQ VƏ...”

Baxış sayı:
5326

Muxalifət.az xəbər verir ki, Pentaqonun strateji araşdırmalar mərkəzi olan RAND-ın saytında dərc edilən “Ərdoğanın ölümcü kor nöqtəsi” adlı yazıda İŞİD-in Türkiyədə baza quracağı və buradan Qərbə hücum edəcəyi barədə cəfəng iddialar səsləndirib.
RAND analitik mərkəzinin 2018-ci il fevralın 16-da verdiyi xəbərdə, Pentaqon əməkdaşlarının Türkiyəyə qarşı planlaşdırdıqları yeni qaranlıq oyunun “anonsu” verilib.
 
Türkiyəyə qara yaxırlar
 
İŞİD-in Suriya və İraqdakı terror fəaliyyətlərinin zəifləməsindən sonra Türkiyəni yeni baza olaraq müəyyənləşdirəcəyi ehtimalı irəli sürülüb. Yazıda İŞİD terrorçularının ötən avqust ayında Avstraliyadan Türkiyəyə gətirilməsi üçün müasir texnologiyaya malik partlayıcı elektrik cihazı sifarişi verdikləri, Türkiyədə kəşfiyyat işləri apardıqları, yaxın dövrdə Türkiyədə böyük toqquşmalar ola biləcəyi kimi qarayaxma iddialar irəli sürülüb. İŞİD-in həm Türkiyədə, həm də Türkiyədən logistika mərkəzi kimi istifadə edərək Qərb ölkələrində terror fəaliyyətlərini artıracağı kimi qara ehtimalların dərc edildiyi yazıda Türkiyə dövlətinin bu təhdidə laqeydliklə yanaşdığı ilə bağlı manipulyasiyalar irəli sürülüb.
ABŞ ilə Türkiyə arasındakı münasibətlərin daha da gərginləşdiriləcəyi barəsindəki məlumatın da qeyd edildiyi bu yazıda ABŞ Müdafiə Nazirliyinin Türkiyə barəsindəki planları da ifşa edilmiş olub. Pentaqonun düşünən beyni olan RAND İŞİD adı vasitəsi ilə Türkiyəyə iftira atıb, hücum fürsəti axtarır.
Məqalədə İŞİD terrorçularının ən çox qaçdıqları ölkənin Türkiyə olduğu, Türkiyədə bir qismi türk, digər qismi isə əcnəbi (qafqazlı, uyğur,Orta Asiya ölkələri və ərəb ölkələrndən) olan yüzlərlə İŞİD terrorçusunun varlığı iddia edilir./Hurriyyet/