PKK başçıları ARXASINA BAXMADAN QAÇMAĞA BAŞLDI

Baxış sayı:
5335

PKK-nın mərkəzi kimi göstərilən Qəndilə qarşı əməliyyatın təfərrüatlarının meydana çıxması, təşkilatda böyük təlaş yaradıb.
 
Türkiyə terrorla mübarizədə yeni mərhələyə daxil olub. 15 iyulda keçirilən qanlı çevriliş cəhdindən sonra içindəki xainləri təmizləyən Türk Silahlı Qüvvələri, Suriya və İraqda eyni vaxtda terror təşkilatlarına qarşı böyük bir mübarizə aparır.
 
AFRİN TAMAM, NÖVBƏ QƏNDİLDƏ
 
“Zeytun Budağı” Hərəkatı ilə təşkilatın Suriyadakı davamı YPG-yə ağır zərbələr vuran Türk əsgəri, indi də yönünü İraqa çevirib.
 
PKK QORXDU
 
Təşkilatın Türkiyəyə terror ixrac etdiyi region kimi göstərilən Qəndili yerlə bir etməyi qarşısına məqsəd qoyan Türk əsgəri, təşkilatda böyük təlaşa səbəb olub.
 
ÜST ÜSTÜN AÇIQLAMALAR
 
Afrində təxminən 5 min terrorçunu zərərsizləşdirən Türk əsgərinin hazırlıqlarını öyrənən təşkilatın terrorçubaşları ard-arda bəyanatlar verməyə başlayıb.
Qəndildə gizlənən təşkilatın terrorçubaşlarından Mustafa Karasu və Cəmil Bayık kameralar qarşısına keçib.
Türkiyənin hazırlığından xəbərdar olduqlarını ifadə edən terrorçubaşları, Avropaya yardım üçün çağırış edərək səslərini eşitdirməyə çalışıblar.
 
QAÇMAĞA BAŞLADILAR
 
Bölgədə TSQ-nin intensiv əməliyyatlar keçirdiyinə görə, terrorçubaşı Cəmil Bayık və Murat Qarayılan kimi terror təşkilatı PKK rəhbərlərinin gizləndikləri Qəndildən arxalarına baxmadan qaçdıqları bildirilir.
Müxalifət.az