PKK-dan CHP-yə ÇAĞIRIŞ: BİRLƏŞƏYİN

Baxış sayı:
1897

Terror təşkilatı PKK-nın başçılarından olan Cəmil Bayık, 24 iyunun son şans olduğunu, terrorun siyasi təmsilçisi olan HDP-nin seçki barajı altında qalmamasının lazım olduğunu söyləyib.
 
Siyasi partiyalar seçki işlərinə davam edərkən, Türkiyəni parçalamaq istəyən qanlı terror təşkilatı PKK və xarici qüvvələr hərəkətə keçib.
 
QƏNDİLDƏN CHP-yə ÇAĞIRIŞ
 
Təşkilatın siyasi qanadı HDP-yə dəstək istəyən Qəndil rəhbərliyi, CHP-yə müraciət edib.
 
24 İYUN SON ŞANSDIR
 
Təşkilatın fərari başçılarından Cəmil Bayık, prezident Rəcəb Tayyib Ərdoğan ilə MHP-nin sədri Dövlət Bağçalı arasında qurulan ittifaqın dağılması üçün 24 iyunun son şans olduğunu ifadə edib.
 
7 İYUNDA OLDUĞU KİMİ.
 
CHP-nin 7 İyunda olduğu kimi, HDP-yə dəstək olmasına işarə edən terrorçubaşı, HDP-nin seçki barajının altında qalmamasını istəyib.
 
PKK-da QORXU HAKİM
 
Ərdoğan və Bağçalı qarşısında hər kəsin bir araya gəlməsi üçün müraciət edən PKK başçısı, “Cümhur İttifaqı”nın qalib olmasının pis bir son olacağını deyib.
 
HDP KAĞIZ ÜZƏRİNDƏ İTTİFAQ KƏNARDADIR
 
Qeyd edək ki, İYİ, Səadət və Demokrat Partiyaları ilə ittifaqa girən CHP, HDP-ni ittifaq kənarında saxlamışdı.
İYİ Partiyasının sədri Akşənərin istəyi ilə HDP-ni ittifaq kənarında qoyan CHP sədri Kamal Kılıçdaroğlu, millət vəkillərinə bu barədə xəbərdarlıqlar etmişdi.
CHP Lideri, HDP-nin ittifaq içərisində olmasını istədiklərini, ancaq Akşənər üzündən bunun reallaşmamasının meydanlarda izah edilməsini istəmişdi.
 
HDP İKİNCİ TURDA CHP-ni DƏSTƏKLƏYƏCƏYİNİ AÇIQLAYIB
 
HDP Mardin millət vəkili Mithat Səncər, ikinci tura çıxa bilmədikləri təqdirdə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncəni dəstəkləyəcəklərini deyib.
Müxalifət.az