PKK oradakı EV VƏ TARLALARA OD VURDU

Baxış sayı:
3481

Terror təşkilatı YPG/PKK, Suriyanın şimalında işğal etdiyi Tel Rifat və ətraf rayonlardan didərgin saldığı əhalinin ev və tarlalarını yandırıb.
 
Terror təşkilatı YPG/PKK, Suriyanın şimalında işğal etdiyi Tel Rifat və ətrafındakı kəndlərdən didərgin saldığı əhalinin ev və tarlalarını əvvəlcə yağmalayıb, sonra da yandırmağa başlayıb.
Tel Rifatdakı yerli mənbələrdən verilən məlumatlara görə, YPG/PKK-lı terrorçular, işğal etdikləri Tel Rifat rayonu və ətraf Minnag və Eyn Daknə kəndlərində yerləşən əhalinin evlərini talayır.
Təşkilat,Tel Rifat və ətrafındakı kəndlərdə mövcud olan bəzi sobaları və içində arpa ilə taxılların olduğu tarlaları yandırır.
Təşkilatın soyğunçuluq və yanğın törətmə işlərində Hələbin qərbindəki Nubul və Zəhra rayonlarından gələn Əsəd rejiminin qüvvələri və İran dəstəkli xarici terrorçu qrupları da iştirak edib.
Müxalifət.az