PKK TERRORÇUBAŞINDAN TÜRKİYƏYƏ TƏHDİD

Baxış sayı:
4234

KCK-nın icra heyətinin üzvü olan "Besa Hozat" kod adlı terrorçu, “Cümhur İttifaqı”nın qalib gəldiyi təqdirdə vətəndaş müharibəsi çıxacağı ilə təhdid edib.
 
Almaniyanın Neu İsenburg şəhərində nəşr edilən və terror təşkilatı PKK-KCK-nın nəşr orqanı kimi tanınan “Yeni Azad Siyasət” qəzeti, Avropadakı seçicilərdən HDP-yə səs vermələri çağırışı edib.
Anadolu Agentliyiin yaydığı məlumatlara görə, 24 iyun seçkiləri öncəsi başda AK Partiya olmaqla, siyasi partiyaların fəaliyyətinə icazə verməyən Almaniya, terror təşkilatı PKK-KCK-nın mətbuat orqanlarına isə hər cür sərbəstliyi təmin edir.
Almaniyanın Neu İsenburg şəhərini özünə baza edən və terror təşkilatının yayım orqanı kimi tanınan “Yeni Azad Siyasət” qəzeti, terror təşkilatı rəhbərləri ilə bağlı mütəmadi xəbərlər verir.
Qəzetin internet saytı üzərindən də yaydığı bu xəbərlərlə Avropadakı seçicilərdən HDP-yə səs vermələrini istəyir.
 
KARASU ƏRDOĞANI HƏDƏF ALDI
 
Terrorçu qəzet KCK icra şurasının üzvü Mustafa Karasu ilə müsahibə dərc edərək “Cümhur İttifaqı”nı hədəfə alıb.
Karasu, müsahibədə “Cümhur İttifaqı”nın ayaqda qalmaq üçün "hər cür şüursuz təşəbbüs göstərəcəyini" iddia edərək, "AKP-MHP”, Kürd düşmənçiliyi üzərindən hakimiyyətini davam etdirməyə çalışır. Bunun mənası da azadlıq istəyən, demokratiya istəyən, bunun üçün mübarizə aparan Kürdlərə qarşı müharibədir" deyib.
 
PKK-lı “BESA HOZAT”-dan TÜRKİYƏYƏ TƏHDİD
 
Davamlı olaraq KCK rəhbərləri ilə müsahibələr dərc edən qəzet, son müsahibəni isə KCK-nın icra heyətinin üzvü olan "Besa Hozat" kod adlı Hülya Oran ilə həyata keçirib.
Hülya Oran da müsahibəsində "demokratik qüvvələrin" HDP-yə səs verməsi lazım olduğunu irəli sürməklə yetinməyib, bir də “Cümhur İttifaqı”nın qalib gələcəyi təqdirdə vətəndaş müharibəsinin çıxacağı ilə təhdid edib.
Qeyd edək ki, ötən günlərdə PKK terrorçubaşlarından olan Murad Qarayılan da 24 iyunda HDP-nin seçki barajını aşması üçün müxalifət partiyalarına səs verməyə dəvət etmişdi.
Müxalifət.az