PKK-ya etiraz etdi deyə TÜRK GƏNCİ ALMAN POLİSİ LİNC ETDİ

Almaniyanın Solingen şəhərində nümayiş edən PKK terror təşkilatı tərəfdarlarına etiraz edən Xaqani Canik, Alman polisi tərəfindən zorakılığa məruz qalıb.
Yaşadığı polis zorakılığını danışan Canik, bunları qeyd edib:
“Terror təşkilatı tərəfdarlarına etiraz etdim. Əl işarəsi etdilər, məndə qarşılıq olaraq bozqurd işarəsi ilə cavab verdim. Polislər qaça-qaça gəldi və kobud şəkildə mənə buradan getməyimi dedilər. Qadağan olunan PKK və Apo plakatlarının olduğunu dedim və təpki göstərdim. Çönüb getmək istəyirdim ki, qısa boylu bir polis dalımca gəlib məni itələdi və digər dostları da ona kömək etdi. Mən polislərə müqavimət göstərdim və dərhal çoxalıb, məni yerə yıxdılar. Mən də hadisə daha çox uzanmasın deyə, müqavimət göstərmədim, istəsəm özümü daha çox müdafiə edə bilərdim.
Dayanın demyimə baxmayaraq, kürəyimə, ayağıma vurdular. Hava ala bilmirəm, astma xəstəsiyəm, desəm də qulaq asmadılar, başımı yerə vurdular. Əlimi lentlə möhkəm bağladılar. Maşının arxasında yerə uzandırlar. Maşın işləyirdi və qəsdən avtomobilin işçi qazını mənə uzun müddət uddurdular. Hava ala bilmədiyimi desəm də, məni eşitmədikləri bəs deyil kimi, bir də məni lağa qoydular".
Üç il əvvəl Solingenin bələdiyyə sədrliyi üçün müstəqil namizəd olan və hazırda Almaniya Yenilik və Ədalət Birliyi Partiyasının üzvü olan Canik, yaşadığı bu hadisə ilə bağlı hüquqi yolla haqqını arayacağını vurğulayıb.
Müxalifət.az