“Pəncə” hərəkatıyla ABŞ-a da böyük zərbə vurulacaq

Baxış sayı:
5527

Türkiyə Silahlı Qüvvələrinin (TSQ )27 mayda başladığı “Pəncə” Hərəkatı ilə əsl zərbəni İraq-Suriya koridorunu PKK-ya dəstək üçün istifadə edən ABŞ-a vuracaq. Hakurk-Duhok-Zap xəttində təhlükəsizliyin təmin edilməsi, Kandildən Sincar və Suriyaya gedən Amerikan lojistik dəstəyinin quru dəhlizi bitiriləcək. Bu amil Fəratın şərqinə yönəlik əməliyyat üçün əhəmiyyət daşıyır.
 
Türk Silahlı Qüvvətlərinin Şimali İraqdakı terror hədəflərinə yönəlik başlatdğı ‘Pəncə' əməliyyatı davam edir. Hakurka endirilən komandolar terrorçulara aid sığınacaq, mağara və silah mövqelərini məhv edir. Kandilə gedən yolda Hakurka tam mənasıyla hakim olub, sərhəddəki terror təhdidini ən aşağı səviyyəyə endirməyi məqsəd qoyan Məhmətcik, eyni zamanda, İraq-Suriya koridorunu PKK-nı bəsləmək üçün istifadə edən ABŞ-a da böyük zərbə vurmuş olacaq.
İlk mərhələdə 2500 komandonun qatıldığı, yaxın günlərdə bu rəqəmin 6 minə çıxması gözlənilən “Pəncə” Hərəkatı, Türkiyə-İraq sərhəd xəttinin təhlükəsizliyini təmin etməklə yanaşı, PKK-nın mərkəzi Kandilin Erbil, Süleymanıya, Mahmur, Sincarla əlaqəsini də təzyiq altında tutacaq. Zaho və Duhokdakı bazalarla birlikdə Hakurkda təmin ediləcək hakimiyyət, ABŞın PKK-ya Erbildən çatdırdığı yardımları qurudan daşınmasına maneə törətmə imkanı verəcək verəcək.
Hərəkat eyni zamanda terrorçuların sızma və təxribat fəaliyyətlərinə qarşı Türkiyənin İraqın şimalında tampon bölgə qurması mənasını da daşıyır. 30 kilometr dərinə enəcək TSQ-nın bölgədə 3 böyük baza qurması bunun ən böyük göstəricisidir.
 
MOBİL XÜSUSİ TƏYİNATLILAR PEYSƏRİNDƏ
 
Kandilə İraqın Süleymanıya bölgəsindən Peşmərgə dəstəyiylə təmin edilən dərman, qida, silah və sursat daşınması əhəmiyyətli nisbətdə nəzarət altına alınacaq. Xüsusilə Dar Karaçam və Keres bölgələrinə yerləşəcək xüsusi birliklər, qurudan Kandilə yönələn bütün hərəkətliliyi təqib və nəzarət edə biləcək.
Hakurk ətrafında xidmət edən min nəfər xüsusi təyinatlılar yeni birliklərlə dəstəklənərək nəzarət və təsir sahəs genişlədiləcək. Türk əsgərinin sahə hakimiyyətiylə birlikdə, terror təşkilatı və dəstəkçilərinə İraqın şimalında rahat hərəkət etmə imkanı verilməyəcək.
Müxalifət.az