Polkovnikin dövlətə xəyanəti - 22 il cəza

Baxış sayı:
8128

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı, polkovnik Sergey Mixaylov 22 il, “Kasperski Lab”ın əməkdaşı Ruslan Stoyanov isə 14 il həbs cəzasına məhkum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Onlar məxfi məlumatları xarici ölkələrin gizli xidmətlərinə ötürməkdə ittiham edilirlər.
Məhkəmənin hökmü hələlik qüvvəyə minmədiyindən hər iki şəxsin apellyasiya şikayəti vermək hüququ var.