​Polşadan ABŞ-a 2 milyardlıq təklif: “Hərbi baza qurun”

Baxış sayı:
3769

Polşa ölkəsində hərbi baza inşa etmək üçün ABŞ-a 2 milyard dollarlıq təklif verib.
Muxalifet.az xəbər verir ki, bu informasiyanı Polşa mətbuatı yayıb.
Xəbərə əsasən, gələn ay Brüsseldə NATO zirvəsi keçiriləcək. Polşa zirvə görüşündən əvvəl müdafiə naziri vasitəsilə ABŞ-a bu Polşada hərbi baza qurmaq üçün 2 milyard dollar təklif edib.
ABŞ isə Polşada zirehli briqadanın olmasına ehtiyac yarandığını bildirib.
Qeyd edək ki, Polşa mart ayında ABŞ ilə “Patriot” sistemləri üçün 4 milyardlıq müqavilə imzalayıb.