​Pompeodan Lavrova sərt XƏBƏRDARLIQ: "Buna ümid edirsinizsə..."

Baxış sayı:
1258

“Moskva Vaşinqtonla gərginliyin zəifləməsinə ümid edirsə, Birləşdirilmiş Ştatların daxili işlərinə müdaxiləsinə son qoymalıdır”.
Muxalifət.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbəti zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Amerika Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq Moskva bunun üçün Vaşinqtonda narahatlıq yaradan məsələlərin həlli üzrə konkret addımların atılmasına hazır olduğunu nümayiş etdirməlidir. Rusiya Birləşmiş Ştatların daxili işlərinə öz müdaxiləsini dayandırmalıdır”, - Dövlət Departamentinin başçısı deyib.
Məlumata görə, Pompeo telefon söhbətinin gedişatında həmçinin Suriya və Ukraynadakı hadisələrdə Rusiyanın iştirakınaa toxunub.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Moskvanı Ukrayna münaqişəsində iştirakına görə tənqid etmiş və Rusiyanı Krım üzərində nəzarəti Kiyevə qaytarmağa çağırmışdı.