Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ZİYARƏT ETDİ
28-05-2018 10:02
Baxış sayı:
3352

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.
"Azərtac" xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.