Prezident ərli qadının dodaqlarından öpdü - "İSTEFAYA HAZIRAM" / VIDEO

Ərli qadını camaat içindən dodaqlarından öpən Filippin prezidenti Rodriqo Duterte istefa verməyə hazır olduğunu bildirib.
Bu haqda “Röyters” agentliyi bildirib.
“Düşünürəm ki, əgər bütün qadınlar mənim istefam üçün müraciəti imzalayarsa, mən gedəcəyəm”, - Cənubi Koreya səfərindən qayıdan zaman prezident bildirib.
Duterte həmçinin qeyd edib ki, qadınlarla öpüşlər onun üslubudur və 22 il əvvəl, hələ Davao şəhərinin meri olarkən bunu edirdi.
“Mer seçkiləri üzrə kampaniya zamanı bütün qadınları dodaqlarından öpürdüm. Məsələ ondadır ki, siz məni tanımırsınız”, - o deyib.
İyunun 3-də Cənubi Koreyada həmyerlilərlə görüşdə 73 yaşlı Duterte bildirib ki, öpüşə əvəz olaraq “Sirlərin səcdəgahı: Filippinin katolik kilsəsində seks, siyasət və pul” kitabını hədiyyə edəcək. Səhnəyə iki qadın çıxıb. Onlardan biri prezidentin yanağından öpüb, digərindən isə dodağını öpməyi istəyib. Qadın bu istəkdən utansa da, sonra razılaşıb.