​Pərviz Bülbülə və Türkan Vəlizadənin düşdüyü dəhşətli qəzanın VİDEOSU

Baxış sayı:
9601

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə dünən gecə avtomobil qəzası keçirib. Muxalifet.az azxeber.az-a istinadla xəbər verir ki, müğənnilərin düşdüyü qəzanın görüntüləri yayılıb. Videoda avtomobillərdən birinin qırmızı işıqda keçdiyi aydın görünür. Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb. Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.