Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi
17-12-2019 14:11
Baxış sayı:
3919

Pakistan məhkəməsi keçmiş diktator Pərviz Müşərrəfi 2007-ci ildə ölkə konstitusiyasının icrasını dayandırmaqda- vətənə xəyanətdə təqsirli bilinərək ölüm cəzasına məhkum edib. İslamabadda üç üzvdən ibarət xüsusi məhkəmə qərarını dekabrın 17-də açıqlayıb. Məhkəmə bir neçə ildir ki, davam edirdi. 1999-2008-ci illərdə Pakistanı idarə etmiş Müşərrəf hazırda BƏƏ-də - Dubayda mühacirətdə yaşayır. O, 1999-cu ildə baş nazir Navaz Şərifi qan tökmədən, hərbi çevrilişlə devirib və sonradan ölkəni prezident kimi idarə edib. Müşərrəf 2007-ci il noyabrın 3-də konstitusiyanın icrasını dayandıraraq fövqəladə idarəçilik elan edib, 2008-ci ilin avqustunda isə mümkün impiçmentdən dolayı istefa verib. Muxalifet.az