Pul kisəsinin ağzı açıldı! ABŞ-dan Səudiyyə Ərəbistanına nüvə satışı

ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanına nüvə energetikası texnologiyası satmaq üçün gizli müqavilə bağladığı bildirilib. ABŞ-ın enerji naziri Rick Perri Səudiyyə Ərəbistanına nüvə texnologiya satmağı nəzərdə tutan altı gizli sazişi təsdiq edib.
Səudiyyə Ərəbistanına nüvə texnologiyası satmaq üçün ABŞ, Rusiya, Cənubi Koreya kimi ölkələr arasında sıx rəqabət getdiyini bildirən “Reuters” xəbər agentliyi Donald Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanla Amerika nüvə texnologiyasını paylaşmağa yönəlik geniş miqyaslı bir razılaşmaya gəlmək üçün gizli sövdələşmələr apardığını, saziş layihəsinin iki nüvə enerji stansiyasının inşasını da özündə ehtiva etdiyini bildirib.
Amerikalı nazir təsdiq edib
Səudiyyə Ərəbistanının tenderi kimin qazandığını, müqaviləni kimlərlə edəcəyini bu ilin sonunda açıqlamasının gözlənildiyini bildirən “Reuters”, hər hansı bir müqavilə öncəsi şirkətlərin nüvə güclə bağlı hazırlıq iş aparmalarına icazə verən lisenziya vermə sənədlərinin ABŞ-ın enerji naziri Rick Perri tərəfindən imzalandığını qeyd edib.
Enerji naziri Perrinin imzaladığı “Fəsil 810” deyə də bilinən səlahiyyət verilmə sənədlərini gördüyünü vurğulayan “Reuters”, müqavilələri bilən bir mənbəyə əsaslanaraq şirkətlərin yalnız Səudiyyə Ərəbistanında hazırlıq iş aparacaqlarını, ancaq hər hansı bir müəssisə üçün avadanlıq göndərməyəcəyini bildirib.
Müxalifət.az