Putin Avropanı HƏDƏLƏDİ:"NATO ilə gəlməyin, yoxsa..."

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini Moskova ilə münasibətdə "qırmızı xətt"i keçməməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) çıxış edən Putin NATO-nun Rusiya üçün təhdid olduğunu bildirib:
“NATO-nun sərhədlərimizə gəlməsi bir yana, sabah Ukraynaya radar raket əleyhinə müdafiə sistemlərini yerləşdirildiyi istiqamətində şübhələr yarandı. Anlayırsınızmı, sərhədlər var. "Qırmızı xətt"i keçməmək lazımdır. Gəlin, bizim maraqlarımıza da hörmətlə yanaşaq. Bizi nəyəsə məcbur etməyin".
Ukraynadakı çevrilişdə Qərbin də rolunun olduğunu xatırladan Putin bu ölkədə Viktoriya Yuşenko və Yuliya Timoşenko kimi qərb siyasətçilər varkən Qərb ölkələrinin Ukraynada məcburən iqtidar dəyişiminə kömək etməsinin səbəblərini soruşub.