Putin batmış gəmidən çıxarılan əşyaları incələdi – YENİLƏNDİ / VIDEO
27-07-2019 20:18
Baxış sayı:
7069

Rusiya Prezidenti Vladimir Putin Qoqland adasına səfəri zamanı XIX əsrdə batmış gəmidən çıxarılan nadir əşyalara baxış keçirib. Məlumata görə, gəmidən çıxarılan kolleksiyanı Putinlə birlikdə Müdafiə naziri Sergey Şoyqu da incələyib. Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndəsi Roman Proxorov isə adanın sahillərində qəzaya uğrayan gəminin ingilis donanmasına aid olduğunu bildirib.