Putin Belarusiyada Krım ssenarisini işə salacaq

Baxış sayı:
3220

Andrey Sannikov çox sayda belarusların Putin və Lukaşenkonun, Belarusiya - Rusiya inteqrasiyasına dair danışıqlarının növbəti mərhələsinin uğursuz olduğu barədə danışdığını deyir. Onlar bildirirlər ki, bu baş tutmamalıdır: “Belarusun “Krım ssenarisi ilə Rusiya tərəfindən udulması real olaraq qalır”.
Muxalifet.az 
bu barədə politoloq Pol Qobla istinadla xəbər verir.
İki prezidentin Soçi görüşü ərəfəsində Belarus müxalifətinin lideri ABŞ-dan olan Kseniya Kirilovaya açıqlama vermişdi ki, bir çox ekspertlər “Moskvanın Krım ssenarisindən istifadə etməklə xüsusi referendum keçirərək Belarusiyanın ilhaqı “ planı olduğunu bildirdi. Belə bir plan Qərbi qəzəbləndirən “Donbasda qaynar müharibə”dən qaçmaq üçün işə salına bilər.
Sannikov davam edir: Krımda həyata keçirilən anşlüs kimi - ilhaqa qanuni görüntü verməklə oxşar problemlərdən qaçmaq imkanı təmin oluna bilər və belə strategiya belarus konstituasiyasını dəyişdirməklə tətbiq edilə bilər.
Lukaşenkonun özü (əlbəttə öz hakimiyyətini və rejimini saxlamaq üçün) konstitusiyaya dəyişikliklər olunacağını demişdi, amma istisna olunmur ki, “dəyişikliklər daha dərin inteqrasiyaya” yönəldilməyəcək. Hər halda, Lukaşenko Minskdə hakimiyyətdə qalacağının, Moskvanın isə subsidiyaları davam etdirəcəyinin qarantiyasını almaq istəyir.
Sannikov bildirir ki, ölkədə iqtisadi vəziyyət pisləşir, Avropa Yenidənqurma və İnkişaf bankı isə kömək etmək istəmir, bu da Putinə 2010-2011-ci illər böhranında olduğu kimi real təsir rıçaqları verir. Bu o vaxt baş veribsə, indi də baş verə bilər. Eyni zamanda Lukaşenko ”strateji dövlət müəssisəsi olan – Beltransqaz”ı Rusiyanın nəzarətinə verməyə məcbur olmuşdu. Bu indi də təkrarlana bilər və Kreml ölkə iqtisadiyyatına nəzarəti ələ keçirə bilər. Əvvəl-axır, Putin “uzunmüddətli strategiya” aparır. Hər şeyi birdən yox, yavaş-yavaş alır. Ola bilər ki, Rusiya indi inteqrasiya planını həyata keçirsə də, Lukaşenkonu hələ öz postunda saxlasın. Birdən –birə onu uzaqlaşdırmaq, əks-reaksiyaya səbəb ola bilər.
“Təəssüf ki, Qərb inteqrasiya məsələsinə ciddi yanaşmır və Lukaşenko ilə oynayaraq, insan hüquqlarının pozulmasına laqeyd yanaşır”. Putin Krımın ilhaqına “qanuni əsaslarla” nail ola bilirsə, deməli gec-tez “istədiyini Lukaşenkodan alacaq”, deyə Sannikov təəssüflə qeyd edib.  
Muxalifet.az