​Putin göstəriş verdi: Hər gün atəşkəs olacaq

Baxış sayı:
4810

Rusiya Prezidenti Vladimir Putinin göstərişi əsasında Suriyanın Şərqi Quta bölgəsində sabahdan etibarən hər gün 10:00-dan 15:00-a qədər atəşkəs təmin ediləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
Vətəndaşların bölgədən təxliyəsi üçün humanitar dəhliz açılacağını deyən Şoyqu koordinatların hazırlandığını və ən qısa müddətdə açıqlanacağını bildirib.
Qeyd edək ki, bu gün Putinin rəhbərliyi altında BMT-nin Şərqi Quta ilə bağlı qəbul etdiyi qətnaməyə dair Təhlükəsizlik Şurasının iclası keçirilib.