Putin, Merkel və Makron arasında danışıqlar: Nələr müzakirə olundu...

Baxış sayı:
10066

Rusiyanın dövlət başçısı Vladimir Putin telefonla Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkel ilə Suriya, Ukrayna və İranı müzakirə edib.
 
Telefon danışığı ilə bağlı verilən açıqlamada, bu fikirlər bildirilib: "Putin Suriyanın şimal-qərbindəki vəziyyəti sabitliyə qovuşdurmaq, vətəndaşları qorumaq və terror təhdidini təsirsiz hala gətirmək üçün Türkiyə ilə ortaq şəkildə alınan tədbirlər haqqında məlumat verdi".
Açıqlamada, Suriyada Konstitusiya Komitəsinin qurulması və Suriyadakı böhranın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı istiqamətində həll edilməsiylə əlaqədar koordinasiyanın təmin edilməsi lazım olduğu vurğulanıb.
Ukrayna böhranının Minsk razılaşmaları çərçivəsində həll edilməsi lazım olduğu bildirilən açıqlamada, "Putin Donetsk və Lugansk bölgələrinin xüsusi statusuna bağlı qanunların qüvvəyə minməsinin, Kiev ilə Donetsk və Lugansk arasında doğrudan dialoqun qurulması baxımından əhəmiyyətini xatırlatdı" deyilib.
İran nüvə razılaşmasının davam etdirilməsinin lazım olduğuna diqqətin çəkildiyi açıqlamada, "Rusiya, Fransa və Almaniya, İran ilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığa olan bağlılıqlarını təsdiqlədi" deyə qeyd edilib.
Müxalifət.az