Putin: Qadınların kişilərə görə müəyyən üstünlükləri var
7-03-2018 21:02
Baxış sayı:
5410

Rusiya Prezidenti Vladimir Putin 8 mart Dünya Qadınlar Günü ərəfəsində qadın sahibkarlarla bir araya gəlib.
Muxalifet.az xəbər verir ki, Putin qadınların liderlik xüsusiyyətlərinə malik olmaqla yanaşı, gözəllik, cazibədarlıq kimi üstünlüklərinin olduğunu söyləyib.
Putin Samara şəhərində Volqa çayı sahilində görüşdüyü qadın sahibkarların uğurlarını tərifləyərkən tipik qadın xüsusiyyətlərinin əhəmiyyətindən də bəhs edib: "Bir işin başına keçmək, ya da böyük səhmdar olmaq üçün müəyyən keyfiyyətlərə, bəzi liderlik xüsusiyyətlərinə malik olmaq lazımdır. Qadınlar bu xüsusiyyətlərə sahibdirlər, hətta qadınların kişilərə görə müəyyən üstünlükləri var".