Putin-Ərdoğan görüşünün tarixi məlum oldu
11-02-2019 18:10
Baxış sayı:
6886

Kremldən verilən məlumata görə, Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin 14 fevralda baş tutacaq Soçi Sammitində bir araya gələcək.
Rusiya Prezidenti Vladimir Putin Soçidə 14 fevralda keçiriləcək üçtərəfli sammit çərçivəsində prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrı bir görüş keçirəcək. Rus liderin İran prezidenti Ruhani ilə də ikitərəfli görüşü olacaq.
Kremldən verilən məlumata görə, liderlər fevralın 14-də Soçidə üçlü zirvədə Suriyada uzun müddətli bir normallaşma təmin etmək üçün gələcəkdə atılacaq birgə addımları müzakirə edəcək.
Müxalifət.az