Putin-Əsəd İTTİFAQINDA BÖHRAN

Baxış sayı:
4486

Əsəd rejiminin əsgərlərinin İŞİD-in boşaltdığı Yermuk düşərgəsində həyata keçirdiyi görünməmiş qarət, Rusiyanı qəzəbləndirib. Rus əsgərlər, talançı Əsəd əsgərlərini həbs edib, Əsəd tərəfdarları Rus bazası qarşısında etiraz aksiyası keçirib.
 
Suriyada rejim əsgərlərinin ötən həftə, İŞİD-dən razılaşdırılmış olaraq geri aldıqları paytaxt Dəməşqin cənubundakı Yermuk düşərgəsində həyata keçirdiyi talan, Rusya ilə Əsəd rejimi arasında böhrana səbəb olub. Əsəd rejiminin əsgərləri, İŞİD terrorçuları Yermuk düşərgəsini tərk edəndən sonra yük maşınları ilə Yermuka girmiş, evləri, hətta məscidləri qarət etmiş, dəyərli nə varsa, yük maşınlarına doldurub, bölgəni tərk ediblər.
Suriya vətəndaş müharibəsinin ən başından bu yana rejimin ən böyük dəstəkçisi olan Rusiya hadisələrdən sonra sürpriz bir addımla, talançılıq edən Suriya əsgərlərini Rus polisi tərəfindən həbs edib. Rusiyanın Suriyadakı ən böyük hərbi hava bazası Hmeymimin Facebook hesabından dünən edilən açıqlamada, "Rus polisi Dəməşqin cənubunda vətəndaşların mallarını qarət etməyə çalışan Suriya hökumət qüvvələri ünsürlərini tutub" deyilib. Yermuk, Astana prosesində Türkiyə, İran və Rusiya arasında varılan müqavilə ilə təsis edilən “gərginliyi azaltma bölgəsində” Rusiya nəzarətində olan ərazidə yer alır. Belə ki, Facebook açıqlamasında bu vəziyyət də xatırladılıb və "Rus gücləri, azad edilmiş bölgələrdə pozuntuların olmasına yol verməyəcəkdir. Rus polisi, Dəməşqin cənubundakı bölgələrin yenidən təhlükəsiz hala gəlməsindən və polisindən cavabdehdir. Rus güclərinin iştirakı ilə azad edilmiş bölgələrdə qanunları pozan və bu pozuntulara dəstək olan insanların hər hansı bir üsyanına güc istifadə edilərək cavab veriləcəkdir" deyilib.
 
RUS BAZASI QARŞISINDA AKSİYA
 
Hmeymim bazasının Facebook səhifəsində yayımlanan açıqlama, Əsəd tərəfdarlarının qəzəbinə səbəb olub. Edilən etirazlarda Rusiya, "terror istehsal etmək", "Suriya ordusu və Suriyalıları alçaltmaq" ilə ittiham olunub. Bir qrup Əsəd tərəfdarı ölkənin qərbindəki Hmeymim bazası qarşısında aksiyalar keçirilib. Etirazçılar, Rusiyanın Suriya xalqından və ordusundan üzr istəməsi lazım olduğunu bildiriblər. Əsəd rəhbərliyi isə nümayişçilərə dəstək vermədiyi kimi, onların "ABŞ tərəfindən qızışdırılmış bir kütlə" olduğunu irəli sürüb.
Müxalifət.az