​Putin Türkiyəyə bu tarixdə gəlir – SƏBƏB

Baxış sayı:
10489

Rusiya Prezidenti Vladimir Putin aprelin ilk həftəsində Türkiyəyə səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki prezidentin iştirakı ilə Türk-Rus Yüksək Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Daha sonra prezidentlər Akkuyu Atom Elektrik Stansiyasının təməlini qoyacaq.
Təməlqoyma mərasimindən sonra liderlər İstanbulda Suriya zirvə toplantısında iştirak edəcək. İran Prezidenti Həsən Ruhani də zirvəyə qatılacaq.