Putin və Ərdoğan arasında telefon danışığı - Prezidentlər Liviyanı müzakirə edəcək
17-12-2019 19:00
Baxış sayı:
3781

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq. Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, dövlət başçıları Liviyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə edəcəklər. “Moskva Liviyada qan tökülməsinin dayandırılmasının, müharibə edən tərəflər arasında birbaşa təmasların aparılmasının tərəfdarıdır və böhrandan çıxış yolu tapmaq baxımından istənilən beynəlxalq səyləri və ayrı-ayrı ölkələrin sülhün əldə edilməsi istiqamətində atacağı addımları dəstəkləyir”.