Putin və Tramp G-20-də hansı məsələləri müzakirə etdi?

Baxış sayı:
11683

Rusiyanın dövlət başçısı Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində təşkil edilən G-20 Liderlər Zirvəsində bir araya gəlib.
 
Ağ Evdən edilən açıqlamaya görə, Osakadakı zirvə çərçivəsində görüşən Tramp və Putin, iki ölkə arasındakı əlaqələrin vəziyyətini müzakirə edib.
İki lider ABŞ və Rusiya arasındakı əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqları ilə yanaşı, dünya ölkələrinə də faydalı olacağı mövzusunda razılaşıblar.
Görüşdə, İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyət də müzakirə olunub.
Açıqlamada, iki liderin Trampın daha əvvəl Çinin də daxil edilməsi lazım olduğunu söylədiyi 21-ci əsr silahlarının idarə modeli mövzusunda iki tərəfin də müzakirələrə davam etməsi ilə bağlı razılaşdığı qeyd edilib.
 
Putin: Hər iki tərəfə də təşəkkür edirəm
 
Kremlin Mətbuat Xidmətindən edilən açıqlamaya görə, Rusiyanın dövlət başçısı Putin ABŞ prezidenti Tramp ilə görüşün əvvəlində etdiyi çıxışında, bu ifadələri işlədib:
"Helsinkidəki görüşdən bu yana bir-birimizi uzun müddətdir görmürük. Doğrudur, çalışanlarımız işlədi və bizə Helsinkidə razılaşdığımız məqamlara davam etmək üçün yaxşı bir fürsət verdi. Buna görə hər iki tərəfə də təşəkkür edirəm".
Müxalifət.az