Putin yenidən Türkiyəyə gəlir

Baxış sayı:
3106

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakov, Putinin Türk Axını qaz kəməri layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasim üçün 19 noyabrda İstanbula gələcəyini söyləyib. “İzvestiya” qəzetinə açıqlama verən Uşakov, "Rusiya prezidenti Vladimir Putin Türk Axını qaz kəməri layihəsinin dənizdən keçən hissəsinin tamamlanmasına yönəldilmiş mərasimə qatılacaq. Mərasim 19 noyabrda İstanbulda keçiriləcək" deyib. Uşakov, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini vurğulayıb. Qeyd edək ki, Türk Axını hər biri ildə 15.7 milyard kubmetr qaz ixrac edəcək iki qoldan ibarətdir. Layihənin ilk qolu ilə qazın Türkiyəyə, ikinci qolu ilə də Avrupann cənub və cənub-şərqinə ötürülməsi planlaşdırılır. Layihədə qazın nəqlinin 2020-ci ildə başlanması nəzərdə tutulur. Müxalifət.az