Putindən kritik “İdlib” açıqlaması: Hamısı “yox” edilməlidir

Baxış sayı:
10057

Rusiyanın dövlət başçısı Vladimir Putin Suriyada başda İdlib bölgəsi olmaqla, varlığını qoruyan terrorçu yuvalarının yox edilməsinin lazım olduğunu söyləyib və bunun 'ilk vəzifələri' olduğunu ifadə edib.
 
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yığıncağı səbəbiylə Qırğızıstanın paytaxtı Bişkekdə olan Rusiya lideri Putin, Suriyadakı vəziyyətə bağlı açıqlama verib.
Böyük ölçüdə Rusiyanın köməyi ilə Suriyadakı terrorçu qrupların dağıdıldığını xatırladan Putin, bu sayədə ölkənin böyük bir qisiminin nəzarətinin yenidən Əsədə keçdiyini söyləyib.
Rus lider ayrıca, beynəlxalq ictimaiyyətə də Suriyaya yönəlik insani yardımların miqdarını artırma və bu ölkənin iqtisadi olaraq yenidən qurulmasına kömək etmə çağırışı edib.
Putinin söz mövzusu açıqlamaları Türkiyənin İdlibdəki müşahidə nöqtələrindən birinə hücum edən Əl Nusra müttəfiqi döyüşçülərinin Ankaranın istəyi və verdiyi koordinatlar istiqamətində Rus reaktivləri tərəfindən vurulduğunun açıqlanmasını izləyir.
Daha əvvəl isə Rusiyanın cəhdi və Türkiyənin vasitəçiliyi ilə İdlibdə tamamilə atəşkəs olması üçün razılaşmanın əldə edildiyi bəyan edilmişdi.. Lakin buradakı qrupların bəziləri bu razılaşmaya riayət etməyəcəklərini söyləmişdi.
Müxalifət.az