Putindən Netanyahuya “Yaxın Şərq” mesajı: VƏZİYYƏT TƏƏSSÜF Kİ, PİSDİR

Rusiya prezidenti Putin, İsrailin baş naziri Netanyahu ilə görüşüb. Putin, “Yaxın Şərqdəki vəziyyət təəssüf ki, pisdir. Sadəcə mübahisə etmək yox, həll üçün də ümidimi dilə gətirmək istəyirəm” - deyib.
Kremldən edilən yazılı açıqlamaya görə, Putin, görüş ərəfəsində etdiyi çıxışında, bölgədəki problemləri birlikdə müzakirə edəcəklərini bildirib.
Vladimir Putin, "Yaxın Şərqdəki vəziyyət təəssüf ki, pisdir. Sadəcə mübahisə etmək deyil, vəziyyəti yumşaltmağa yönəlik həll tapmaq üçün də ümidimi dilə gətirmək istəyirəm" deyə, bildirib.
Netanyahu isə tarixdən çıxardıqları çox mühüm dərsləri bir an olsun unutmadığını söyləyərək, "Belə oxşar qatil ideologiyalar (Nasist Almaniyası) ortaya çıxdığı zaman, zamanında cavabını vermək lazımdır" deyə, dəyərləndirmə edib.
Putin və Netanyahunun görüşü daha sonra mətbuata qapalı davam edib.
Müxalifət.az