Putinin partiyasının reytinqi tarixi minimuma endi
13-07-2019 20:23
Baxış sayı:
9112

Vahid Rusiya Partiyasının reytinqi cari ildə ikinci dəfə tarixi minimuma enib.
Muxalifet.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, hakim partiyanın reytinqi 32,2% təşkil edib. Bu göstərici indiyə qədər partiyanın qeydə alınan ən aşağı reytinqi olub.
Qeyd edək ki, bundan öncə yanvar ayında partiyanın dəstəkçilərinin sayı 32,7% olub.
Rusiya Prezidenti Vladimir Putinin reytinqi 2018-ci ildə təqaüd yaşını artırdığını bəyan etdikdən sonra azalmağa başlayıb.