​Pxenyanın Abeni tənqidinə - Reaksiya

Baxış sayı:
8566

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa Şimali Koreya tərəfinin Baş nazir Şinzo Abenin heç bir ilkin şərt olmadan danışıqlara başlamaq çağırışı barədə fikrini tənqid etməsini şərh etməkdən imtina edib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bununla yanaşı Y.Suqa Yaponiyanın oğurlanmış yapon vətəndaşları məsələsini həll etmək məqsədilə Ş.Abe ilə Şimali Koreya lideri Kim Çen İnin görüşünün təşkili üçün yollar axtaracağını da bildirib.
Mayın 2-də Pxenyan bəyan edib ki, Yaponiya Şimali Koreyaya münasibətdə öz düşmən mövqeyindən əl çəkmir.
Y.Suqa deyib ki, o, Şimali Koreya tərəfindən səslənən hər bir fikri şərh etmək fikrində deyil.
Baş katib əlavə edib ki, Yaponiyanın Baş naziri oğurlanmış yaponlar və digər məsələləri həll etmək üçün Kim Çen İn ilə görüşərək qarşılıqlı etimadsızlığı aradan qaldırmaq niyyətindədir.
Y.Suqa, həmçinin əlavə edib ki, Ş.Abe Şimali Koreya lideri ilə açıq söhbət aparmaq üçün heç bir ilkin şərtin irəli sürülməməsini istəyir.