Qadağan edilən ov bıçağı hərracda – 5 manata…
9-06-2018 19:04
Baxış sayı:
3874

Xüsusi təyinatlı (köməkçi) ov bıçağı aukisona çıxarılıb.
Muxalifet.az xəbər verir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət nəfinə müsadirə etdiyi əmlakları hərraca çıxarıb. Bu məqsədlə 10 iyul tarixində özəlləşdirmə keçiriləcək.
Hərraca çıxarılan aksesuarlar arasında xüsusi təyinatlı ov bıçağı da var. 5 manatdan başlayan qiymətlə hərraca təqdim edilən bıçağın sərbəst satışına icazə yoxdur.
Lakın müsadirə edildiyi üçün hərraca təqdim edilib.