Qadını döyüb 9 minini apardılar – QUBADA CİNAYƏT
2-06-2018 15:49
Baxış sayı:
11929

Quba rayonunda ötən il baş verən quldurluq cinayətinin üstü açılıb.
Muxalifət.az xəbər verir ki, 2017-ci il noyabrın 7-də Quba şəhər sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
O, evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.
Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılıb.
Onun törədilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb.