​“Qarabağ” bu gün AvroLiqanın ilk pley-off oyununa çıxır

Baxış sayı:
2245

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" klubu da ilk oyununa çıxacaq. Komandamız Moldova çempionu "Şerif"in qonağı olacaq. 
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü,  "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, AvroLiqaya düşüb.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. 

23 avqust

Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) 
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu